Ərəbistan limanları və gəmiləri Yəmən raketlərini hədəfində
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287239-Ərəbistan_limanları_və_gəmiləri_yəmən_raketlərini_hədəfində
Yəmənin qərbində əl-Hüdəydə dəniz bazasının komandanı bütün səudiyyəli liman və gəmilərin yəmənli raketlərin hədəfində olduğunu bildirərək deyib: BMT Qırmızı dənizdə gəmiçiliyin durdurulmasının istənilən mənfi cəhətlərində məsuliyyətini qəbul etməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2017 06:27 Asia/Baku
  • Ərəbistan limanları və gəmiləri Yəmən raketlərini hədəfində
    Ərəbistan limanları və gəmiləri Yəmən raketlərini hədəfində

Yəmənin qərbində əl-Hüdəydə dəniz bazasının komandanı bütün səudiyyəli liman və gəmilərin yəmənli raketlərin hədəfində olduğunu bildirərək deyib: BMT Qırmızı dənizdə gəmiçiliyin durdurulmasının istənilən mənfi cəhətlərində məsuliyyətini qəbul etməlidir.

Yəmənin əl-Hüdəydə dəniz bazasının komandanı mayor Nəcib əl-Zəmran cümə axşamı günü əl-Aləm televiziyası ilə müsahibədə bildirib: BMT və dünyada bütün əlaqədar qurumlar Yəmənin mühasirəsinin hər hansı mənfi nəticəsinin məsuliyyətini üzərinə götürməlidir. 

Yəmənin əl-Hüdəydə dəniz bazası komandanı deyib: Dünya bilməlidir ki, Qırmızı dəniz oyuncaq deyil və onun məsuliyyəti bütün dünya ölkələri və beynəlxalq dənizçiliyin üzərinədir. 

Yəmənin əl-Hüdəydə dəniz bazası komandanı Yəmən vətəndaşlarının aclıqdan ölməyəcəyini bildirərək deyib: Yəmən xlaqı indiyə qədər özünü müdafiə etmişdir ki, yaşaya bilsin. 

Yəmənin Hərbi Dəniz Qüvvələri bildirib ki, Yəmənin mühasirəsinə son qoymaq üçün var-gücü ilə çalışacaq və bu yolda heç bir düşmən hədəfi amanda qalmayacaq. 

Səna aeroportunun direktoru Xalid əl-Şaif deyib: Cümə axşamı günü Səna aeroportunun beynəlxalq təşkilatların yardımları ilə əlaqədar dörd uçuşu qəbul edəcəyi gözlənilirdi. Lakin bu uçuşlardan heç biri baş tutmadı. 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya çərşənbə günü bildirib: Yəmənin əsas aeroportu və Qırmızı dənizdəki limanlarından biri humanitar yardımlara açılır. Lakin bu, praktiki olaraq həyata keçirilməyib.