Əl-İbadinin sözçüsü: Makronun sözləri İraqın daxili işlərinə müdaxilədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288101-Əl_İbadinin_sözçüsü_makronun_sözləri_İraqın_daxili_işlərinə_müdaxilədir
İraqın baş naziri Heydər Əl-İbadinin sözçüsü Fransa prezidentinin Həşdüşşəbi barədə dediklərini İraqın daxili işlərinə müdaxilə adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2017 06:20 Asia/Baku
  • Əl-İbadinin sözçüsü: Makronun sözləri İraqın daxili işlərinə müdaxilədir
    Əl-İbadinin sözçüsü: Makronun sözləri İraqın daxili işlərinə müdaxilədir

İraqın baş naziri Heydər Əl-İbadinin sözçüsü Fransa prezidentinin Həşdüşşəbi barədə dediklərini İraqın daxili işlərinə müdaxilə adlandırıb.

Fransa prezidenti Emanuel Makron şənbə günü İraq Kürdüstanı Muxtariyyatının başçısı Neçirəvan Barzani ilə görüşdə İraq hökumətindən Həşdüşşəbini buraxmasını istəyib. 

İRNA-nın məlumatına görə, İraqın baş nazirlik ofisinin sözçüsü Səəd Əl-Hədisi şənbə günü gecə Emanuel Makronun Həşdüşşəbi ilə bağlı dediklərinə reaksiya olaraq deyib: Həşdüşşəbi İraq Parlamenti tərəfindən ölkənin silahlı qüvvələrinin bir hissəsi olaraq tanınıb və  İraq xalqını təmsil edən bu silahlı bölmə İraqın təhlükəsizlik orqanının bir hissəsidir. 

Əl-Hədisi həmçinin deyib: Bağdad hökumətinin ölkənin idarə edilməsi ilə bağlı səlahiyyətlərinə və İraqın daxili məsələlərinə hörmətlə yanaşmaq lazımdır. İraq Parlamentinin Həşdüşşəbini silahlı qüvvələrin bir hissəsi olaraq tanıması ölkənin milli maraqları çərçivəsində olub.