Ərəb Liqası: ABŞ Beytül-Müqəddəs haqda beynəlxalq qanunlara sadiq qalsın
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288391-Ərəb_liqası_abŞ_beytül_müqəddəs_haqda_beynəlxalq_qanunlara_sadiq_qalsın
Ərəb Liqası çərşənbə axşamı günü iclasının sonunda bir bəyanatda ABŞ-dan Beytül-Müqəddəs haqda beynəlxalq qanunlara sadiq qalmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 07:21 Asia/Baku
  • Ərəb Liqası: ABŞ Beytül-Müqəddəs haqda beynəlxalq qanunlara sadiq qalsın

Ərəb Liqası çərşənbə axşamı günü iclasının sonunda bir bəyanatda ABŞ-dan Beytül-Müqəddəs haqda beynəlxalq qanunlara sadiq qalmasını istəyib.

İRNA-nın məlumatına görə, Fələstinin müraciəti əsasında Qahirədə keçirilən Ərəb Liqasının iclasının yekun bəyanatında BMT Təhlükəsizlik Şurasının qətnamələri, xüsusilə də sionist rejimin işğal olunmuş ərazilərdə qəsəbələr salmasını rədd edən və beynəlxalq qaydalara zidd hesab olunan 2016-cı il 2334 saylı qətnaməsi vurğulanmışdır. 

Ərəb Liqası öz bəyanatında bildirib: Beytül-Müqəddəsin işğalçı İsrail rejiminin paytaxtı olaraq rəsmən tanınması ərəb xalqlarının hüquqlarına təcavüz, Fələstin xalqının hüquqlarına etinasızlır və beynəlxalq anlaşmaları açıq-aşkar pozmaqdır.