Təhlükəsizlik Şurası Yəmənin durumundan nigarandır
BMT Təhlükəsizlik ŞUrası Yəməndə insan durumundan nigaranlıq edərək, bu ölkəyə humanitar yardımların göndərilməsi üçün lazımi şəraitin yaradılmasını istəyib.
İRNA-nın məlumatına görə, BMT Təhlükəsizlik Şurasının dövri sədri Koro Beşo çərşənbə axşamı günü bu şuranın Yaxın Şərq və Yəmən üzrə iclasından sonra jurnalistlərə verdiyi açıqlamada bütün yəmənli tərəflərdən gərginlikləri azaltmasını və heç bir ilkin şərt olmadan Yəməndə atəşkəs rejimini əldə etməsi üçün BMT-yə imkan vermələrini istəyib.
Yaponiyanın BMT-dəki nümayəndəsi əlavə edib: Təxminən 8 milyon yəmənli ərzaq çatışmazlığı ilə üzləşib və Yəmən dəhşətli aclıq astanasındadır.
Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib və bu yoxsul ölkəni hava, quru və dənizdən mühasirəyə alıb.