Dek 14, 2017 15:53 Asia/Baku
  • Ərəbistanın Yəməndəki yeni cinayəti: 115 ölü və yaralı
    Ərəbistanın Yəməndəki yeni cinayəti: 115 ölü və yaralı

Səudiyyə Ərəbistanı təcavüzkarları Yəmən paytaxtı Sənada hərbi həbsxana və düşərgəyə 7 raket ataraq, azı 35 nəfəri qətlə yetirib, 80 nəfəri də yaralayıblar.

Əl-Aləm televiziyasının məlumatına görə, təcavüzkarların raketləri ilə bir neçə nəfər həlak olub və yaralanıb. Düşərgə yaxınlığında yaşayan yəmənlilər yaralıların köməyinə qaçıblar.

Məlumata görə, məhbusların saxlanıldığı binaya üç raket atılıb və dörd raket də bu düşərgənin mərkəzi meydanındakı binalara dəyib.

Yəmən qüvvələri də səudiyyəlilərin cinayətlərinə reaksiyada Təiz, Nəcran, Cizan və Əsirdə muzdluların toplaşdığı məkanlara bir neçə raket atıblar.

Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistanın bu müharibəsi minlərlə yəmənlinin həlak olması, yaralanması və didərgin düşməsi ilə nəticələnib.

Teqlər