Dek 16, 2017 11:19 Asia/Baku
  • Ərəbistanın hava hücumlarında əllidən çox yəmənli mülki öldürülüb
    Ərəbistanın hava hücumlarında əllidən çox yəmənli mülki öldürülüb

Səud qırıcılarının Yəmən məntəqələrinə qarşı hava hücumlarında əllidən çox yəmənli sivil öldürülüb.

Yəmənin tibb və təhlükəsizlik mənbələri bildiriblər ki, səud qırıcıları cümə günü Yəmənin qərb sahillərindəki məntəqələri bombalayıblar; nəticədə 28 yəmənli sivil həyatını itirib.

Səud qırıcıları həmçinin dünən Yəmənin cənub-qərbində yerləşən Təiz vilayətindəki Mavza məntəqəsində yerləşən bir bazarı hədəfə alıblar. Nəticədə səkkiz yəmənli mülki ölüb, on beş nəfər də yaralanıbdır.

Həmçinin səud qırıcıları Yəmənin şimal-qərbində yerləşən Səədə vilayətinin müxtəlif məntəqələrini bombalayıblar. Nəticədə daha on beş yəmənli mülki həyatını itirib.

Təcavüzkar səud qırıcıları habelə Yəmənin şimalında yerləşən Marəb vilayətindəki Sərvah məntəqəsini də iki dəfə hava hücumlarına məruz qoyublar. Bu hücumlarda ehtimal olunan tələfat barədə məlumat əldə olunmayıbdır.

Ərəbistan ABŞ-ın, Birləşmiş Ərəb Əmirliklərinin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə basqın edərək, bu ölkəni qurudan, dənizdən və havadan blokadaya alıbdır. Ərəbistanın bu militarizmi on minlərlə yəmənlinin həyatını itirməsi və yaralanması ilə nəticələnibdir.

Teqlər