Dek 17, 2017 13:37 Asia/Baku
  • Ərəbistan qırıcıları Yəməndə bir toy məclisinə hücum edib
    Ərəbistan qırıcıları Yəməndə bir toy məclisinə hücum edib

Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin Marib vilayətində toy məclisinə hava hücumu nəticəsində on qadın həlak olub.

Əl-Məsirə televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri bu hücumda azı üç dəfə bu toy məclisini atəşə tutub. Nəticədə onlarla yəmənli də yaralanıb. 

Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmən vətəndaşlarına qarşı hücumların davamında, həmçinin əl-Hüdəydə vilayətində bir bazara hücum ediblər. Nəticədə azı üç nəfər həlak olub, üç nəfər də yaralanıb. Hücum qurbanlarının əksəriyyəti uşaq və qadınlar olub. 

Teqlər