Dek 28, 2017 11:22 Asia/Baku
  • Ali-Xəlifənin hakimiyyətdə qalmasının yeganə səbəbi ABŞ-ın dəstəyidir
    Ali-Xəlifənin hakimiyyətdə qalmasının yeganə səbəbi ABŞ-ın dəstəyidir

Keçmiş amerikan diplomat və yazar Maykl Sprinqman deyib: Bəhreyndəki Ali-Xəlifə kimi rejimlərin hakimiyyətdə qalmalarının yeganə səbəbi Amerikanın bu rejimlərə dəstəyinin davam etməsidir.

PressTv-nin verdiyi məlumata görə, Sprinqman deyib: Əlbəttə Bəhreyn bir ölkə deyil bir böyük adadır və tam şəkildə Amerikanın gücü və puluna sövkənir. Bu adada Amerikanın 20 hərbi gəmisi və 15-20 min hərbçisi fəaliyyət göstərir. Amerikanın Ali-Xəlifə rejiminə dəstəyinin davam etməsi bu rejimin hakimiyyətdə qalmasının yeganə səbəbidir. Əgər Donal Tramp dünya səviyyəsində dəyişiklik tərəfdarı olarsa bu diktator rejimə deməlidir ki, biz sizdən xalqın istəklərinə boyun əyməyinizi istəyirik. Sizin ölkənizdə demokratiya, sülh və ədalət istəyirik. 

Keçmiş amerikan diplomat deyib: Əlbəttə Tramp heç vaxt bunu etmir, əksinə İsrail və Səudiyyə Ərəbistanına dəstəyini davam etdirir və bu metod, durumun artıq nəzarətdən çıxmasına, Bəhreyn başçılarının xalqın istəyi qarşısında təslim olmalarınadək davam etdiriləcək. 

Teqlər