Dek 28, 2017 15:13 Asia/Baku
  • Bəhreyn vətəndaşlarına qarşı hökmlərə reaksiyalar davam edir
    Bəhreyn vətəndaşlarına qarşı hökmlərə reaksiyalar davam edir

Bəhreynin 14 Fevral İnqilab Gəncləri Koalisiyası bu ölkə vətəndaşlarına qarşı edam qərarlarının verilməsinin ən sadə beynəlxalq və qanuni meyarlardan uzaq olduğunu bildirib.

Ali-Xəlifə rejiminin hərbi tribunalı 25 dekabrda 6 Bəhreyn vətəndaşını ordu komandanı terror etməyi planlaşdırmaqda rolu olmasına dair əsassız ittihamla suçlayaraq edama,  7 nəfəri isə vətəndaşlığını ləğv edərək həbsə məhkum edib.

Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Bəhreyn 14 Fevral İnqilab Gəncləri Koalisiyası çərşənbə günü Ali-Xəlifə rejiminin hərbi tribunalında 6 Bəhreyn vətəndaşını edama məhkum etməsini bu rejimin əsil və günahsız vətəndaşların qanını tökmək üzrə diktatura terrorçuluğuna israrının göstəricisi adlandırıb və bildirib: Ali-Xəlifə rejimi illüziyaya əsaslanan qanunlar sayəsində bəhreynli etirazçılara qarşı intiqam xarakterli cinayətlərini davam etdirir.

Bəhreyn 14 Fevral Koalisiyası Ali-Xəlifənin səudiyyəli işğalçılar, ABŞ və İngiltərə hökumətinə arxalanmaqla iqtidarı qorumağa çalışdığına toxunaraq bildirib: Təcrübə göstərir ki, Ali-Xəlifənin korrupsioner ədliyyə sistemində hərbi və sivil məhkəmələr arasında heç bir fərq yoxdur və onların hamısı Bəhreyn diktaturası tərəfindən birbaşa şəkildə idarə olunur.

Bəhreyn koalisiyası Ali-Xəlifə rejiminin ədalətsiz qərarlarını Bəhreyn inqilabını Hüseyn (ə) Müqavimətinin daha inkişaf etmiş mərhələsinə köçürülməsi üçün motivasiya adlandırıb və xatırladıb: Bu qərarlar xalqın iradəsini qıra, müqəddəratın təyin olunması və yeni siyasi quruluşun seçilməsi üzrə onun milli və inqilabçı hərəkatının davam etməsinə zərbə ola bilməz.

Bununla yanaşı Bəhreyn Azadələr Hərəkatının baş katibi Səid əl-Şəhabi də Ali-Xəlifə rejimi hərbi tribunalı tərəfindən 6 vətəndaşa edam qərarının verilməsini Bəhreynə hakim rejimin məğlubiyyəti və ümidsizliyinin zirvəsi adlandırıb və bu təhlükəli və dəlisov hərəkətin mənfi nəticələri haqda xəbərdarlıq edib.

Bəhreyn Qərbi Asiyanın kiçik ölkəsi olaraq 2011-ci il fevral ayından azadlıq və ədalətin əldə olunması və seçilmiş dövlətin iqtidara gəlməsi üçün dinc etiraz aksiyalarının şahididir.

Teqlər