Bəhreyn qrupları "İsrail"ə səfər etmiş heyət üzvlərinin cinayətə cəlb edilməsini istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290527-bəhreyn_qrupları_İsrail_ə_səfər_etmiş_heyət_üzvlərinin_cinayətə_cəlb_edilməsini_istəyir
Bəhreynin 25 təşkilat və qrupu işğal olunmuş Fələstinə qalmaqallı səfər etmiş və sionist başçılarla görüşmüş heyətin üzvlərinin məsuliyyətə cəlb olunmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2017 12:31 Asia/Baku
  • Bəhreyn qrupları
    Bəhreyn qrupları "İsrail"ə səfər etmiş heyət üzvlərinin cinayətə cəlb edilməsini istəyir

Bəhreynin 25 təşkilat və qrupu işğal olunmuş Fələstinə qalmaqallı səfər etmiş və sionist başçılarla görüşmüş heyətin üzvlərinin məsuliyyətə cəlb olunmasını istəyib.

Bəhreyn heyəti 2017-ci il 9 dekabrda kral Şeyx Həməd Bin İsa Ali-Xəlifənin razılığı və Ərəbistanın yaşıl işığı ilə işğal olunmuş Fələstin ərazilərinə səfər edib. Bu hərəkət fələstinlilərin qəzəbinə səbəb olub.

Press TV-nin məlumatına görə, Bəhreynin 25 təşkilatı və qrupu, o cümlədən siyasi və hüquqi dairələr birgə bəyanatda sionist rejimlə əlaqələrin istənilən şəkildə normallaşdırılmasına qaşrı çıxıb və bildirib: Bəhreyn heyətinin işğal olunmuş Fələstinə səfəri İsraillə münasibətləri qadağan edən milli amalı tapdaladı.

Bəhreyn qruplarının bildirdiyinə görə, ərəb və islam dünyasında Fələstin məsələsinin əhəmiyyətini nəzərə alaraq işğal olunmuş Fələstinə səfər şübhəli hərəkətdir.

Bundan öncə də Bəhreyn 14 Fevral Gənclər Koalisiyası bildirib: Bəhreyn xalqı müqavimət mehvərinin bir hissəsi olaraq sionist rejimlə əlaqələrin normallaşdırılmasına qarşıdır.