Dek 29, 2017 10:23 Asia/Baku
  • Əlvifaq cəmiyyəti Şeyx Əli Salmanın mühakiməsinə reaksiya verib
    Əlvifaq cəmiyyəti Şeyx Əli Salmanın mühakiməsinə reaksiya verib

Bəhreyndə Əlvifaqi Milli islam cəmiyyəti bildirib ki, bu cəmiyyətin baş katibi Şeyx Əli Salmana qarşı yeni işin açılması və onun mühakimə olunması regional hesab çürütmələrin bir hissəsi olaraq, Bəhreyndə cari böhranın həcmindən xəbər verir.

Bəhreyndə Əlvifaqi Milli islam cəmiyyəti bildirib ki, Bəhreyn rejiminin Şeyx Əli Salmanın hazırkı məhkumluq dövrünü başa vurmaqda olduğu bir zamanda və amerikan-səudi planından asılı yeni məsələdə mühakimə olunmasına israr etməsi Bəhreyndəki diplomatik, qanuni və siyasi durumun kəskinliyindən xəbər verir.

Bəhreyndə Əlvifaqi Milli islam cəmiyyətinin bəyanatında Ali-Xəlifə rejiminin Şeyx Əli Salmana qarşı hərəkətlərinin dayandırılmasına təkid olunub.

Ali-Xəlifə rejimi dünən Bəhreyndə Əlvifaqi Milli islam cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın məhkəmə iclasını 2018-ci il yanvarın dördünə təxirə saldı.

Bəhreynin baş prokurorluğu noyabrın birində Şeyx Əli Salmanı Qətər üçün casusluq etməkdə, həmçinin Bəhreynin milli maraqlarına və hərbi mərkəzlərinə zərbə vurmaqda ittiham etdi ki, zahiri bir məhkəmədə ona qarşı ağır bir hökm çıxara bilsin.

Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Ərəbistan Qətəri ərəb koalisiyası ilə həmkarlıq etməməkdə ittiham etdikdən sonra Ali-Xəlifə rejimi Şeyx Əli Salmanın Qətərlə əlaqəsi barədə təhqiqatlara başladı.

Teqlər