Səud qırıcılarının Yəmənin şimal-qərbinə hücumu
-
Səud qırıcılarının Yəmənin şimal-qərbinə hücumu
Səud rejimi qırıcılarının Yəmənin şimal-qərbindəki İmran vilayətinə qarşı hücumu nəticəsində azı dörd yəmənli mülki öldürülüb.
Bu hücumda bir neçə ev dağıdılıb və bir qrup Yəmən vətəndaşı yaralanıbdır ki, onlardan bəzilərinin vəziyyəti ağır elan olunubdur.
Ötən günlərdə səudların Yəmənin müxtəlif vilayətlərinə qarşı hücumları şiddətlənibdir. Şənbə günü səud qırıcılarının Yəmənin Əlhudəydə vilayətinə qarşı hücumu nəticəsində otuz sivil həyatını itirib.
Eyni zamanda, üç beynəlxalq təşkilat, o sıradan Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və BMT Uşaq Fondu- UNİCEF müştərək bir bəyanatda Yəməndə misli görünməmiş insan faciəsinin baş verməsi ehtimalı barədə xəbərdarlıq ediblər. Bu ortaq bəyanatda deyilir: Yəmənli ailələr min gündən çoxdur ki, münasib qidaya və sağlam içməli suya malik olmadan həyat sürürlər.