Minlərlə yəmənli ölüm təhlükəsi qarşısındadır
-
Minlərlə yəmənli ölüm təhlükəsi qarşısındadır
Yəmən səhiyyə nazirliyi beynəlxalq təşkilatların yəmənli böyrək xəstələrinin həyatının xilas edilməsi üzrə xahişlərə məhəl qoymamalarından təəssüf ifadə edərək, minlərlə yəmənli dializ xəstəsinin ehtimal olunan ölümü barədə xəbərdarlıq edibdir.
Tam mühasirənin olmasına və səhiyyə imkanlarının mövcud olmamasına görə, dializə ehtiyaclı olan böyrək xəstələrinin həyatı ciddi təhlükə ilə üzləşir. Əgər dializ aparatları üçün zəruri ləvazimatlar Yəmənə daxil olmazsa, bu ölkədəki altı mindən çox dializ xəstəsi ölümü qarşılamağa gedəcəkdir. Hazırda müalicə mərkəzləri bu xəstələrin iyirmi faizinə xidmət göstərirlər. Belə bir halda, beynəlxalq təşkilatlar Yəmən səhiyyə nazirliyinin çağırışına cavab verməyiblər.
Yəmən səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Əbdulhəkim Əlkəhlani bir daha vurğulayıbdır ki, əgər dializ mərkəzlərinə zəruri olan ləvazimatlar Yəmənə gəlib çatmazsa, bu mərkəzlər tezliklə bağlanacaq və minlərlə böyrək xəstəsi ölüm təhlükəsi qarşısında qalacaqdır.
Sənadakı Əlsurə xəstəxanasının rəisi Əbdullətif Əbu Talib də deyib: Biz hər gün təqribən 150 böyrək xəstəsini qəbul edirik və tibb ləvazimatlarının olmamasına görə, böhran içindəyik. Buna görə, beynəlxalq təşkilatlar böyrək xəstələrinin həyatını xilas etmək üçün bizim müalicə ehtiyaclarımızı təmin etməlidirlər.