2017-də minlərlə sionist Məscidül-Əqsaya hücum edib
Yan 02, 2018 19:58 Asia/Baku
Məscidül-Əqsa idarəsinin müdiri deyib: 2017-ci ildə 25 mindən çox sionist qəsəbə sakini Məscidül-Əqsaya daxil olaraq bu müqəddəs məkana hörmətsizlik edib.
İRNA-nın verdiyi məlumata görə, Ömər Əl-Kəsvani deyib: Sionist qəsəbə sakinlərinin Məscidül-Əqsaya hücumu Qüdsü işğal edən rejimin xüsusi qüvvələrinin dəstəyi ilə həyata keçir.
Ömər Əl-Kəsvani fələstinlilərin sionistlərin Məscidül-Əqsaya gündəlik hücumlarının davam etməsindən doğan təhlükələrin şahidi olduqlarını bildirərək Fələstin xalqını bu müqəddəs məkanda davamlı şəkildə iştirak etməyə çağırıb.
Son günlərdə sionist qəsəbə sakinləri Məscidül-Əqsanın ərazisinə daxil olaraq anti-islam şüarlar veriblər.