Sionist qırıcılar Qəzzəyə hücum etdi
Sionist rejim qırıcıları ötən gecə Qəzzə zolağının cənubunda Rəfəh sərhəd şəhərini raketlə vurublar.
Fələstin Kütləvi İnformasiya Vasitələri bildiriblər: Sionist rejim qırıcıları Rəfəh sərhəd şəhərinin şərqində əl-Şokə qəsəbəsi yaxınlığında yaşayış massivləri və əkin sahələrinə 4 ədəd raket, bu bölgənin şimalında Əbül-Həssin bölgəsinə doğru iki raket atıblar.
Məlumata görə, bu hücumlarda tələfat olmayıb. Lakin bölgələrdə maddi xəsarətə və yanğına səbəb olub.
Sionist rejim ötən aydan Qəzzə zolağına hava hücumlarının yeni etapını başlayıb.
Sionist rejimin Qəzzə zolağına hücumlarında indiyə qədər minlərlə fələstinli şəhid olmuş və yaralanmışdır.
Qəzzə zolağı 2016-cı ildən İsrail rejiminin quru, dəniz və havadan mühasirəsindədir və bu bölgə sakinləri çoxlu problemlərlə üzləşiblər.