Yan 05, 2018 20:23 Asia/Baku
  • Yəmənli qüvvələr Ərəbistanı bir ədəd ballistik raket ilə hədəfə alıblar

Yəmən ordusunun raket bölməsi Ərəbistana doğru bir ədəd qısa mənzilli ballistik raketin atılmasından xəbər verib.

Əl-Məsirə informasiya kanalının cümə gününə olan məlumatına görə, Yəmənli qüvvələrin atdığı ballistik raketin hədəfi Ərəbistan ərazisində hərbi bir məntəqə olub. 

Yəmən ordusunun raket bölməsi 19 dekabr 2017-ci il tarixində Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində yerləşən Yəmamə sarayını bir ədəd "Bürkan H2" ballistik raketi ilə hədəfə almışdı. Bununla da Yəmən ordusu Amerikan-Səudiyyə düşməni ilə mübarizədə yeni mərhələnin başlandığını bildirmişdi. 

Yəmən ordusunun raket böllməsi bir bəyanat yayaraq, ABŞ-ın Ərəbistanı dəstəkləməsinin Yəmən xalqının təcavüzkarlar ilə mübarizədən vaz keçməsinə səbəb olmayacağını , Ərəbistanın Yəmənə olan təcavüzləri zamanı axıdılan qanların cavabsız qalmayacağını elan edib. 

Teqlər