Yəmənli snayperlər altı səud hərbçisini öldürüblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291385-yəmənli_snayperlər_altı_səud_hərbçisini_öldürüblər
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin təbliğat mərkəzi yəmənli snayperlərin hücumlarında altı səud hərbçisi və on səud muzdurunun öldürülməsi barədə təsvirlər yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2018 10:41 Asia/Baku
  • Yəmənli snayperlər altı səud hərbçisini öldürüblər
    Yəmənli snayperlər altı səud hərbçisini öldürüblər

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin təbliğat mərkəzi yəmənli snayperlərin hücumlarında altı səud hərbçisi və on səud muzdurunun öldürülməsi barədə təsvirlər yayıb.

Bu təsvirlərdə Ərəbistanın Cizan məntəqəsində öldürülmüş altı səud hərbçisi nəzərə çarpır.

On səud muzduru da "Doqquzuncu Hərib"də, Marəbdə və Təiz vilayətindəki Salə rayonunda, eləcə də Xalid qarnizonunun şərqində öldürülübdür.

Həmçinin Yəmənin ordusu və xalq komitələri səud muzdurlarının Ərəbistanın qərb sahillərində yerləşən mövqelərinə bir ədəd ballistik raket atıblar; nəticədə onlarla səud muzduru ölübdür.

Raket bölməsindəki bir mənbə deyibdir  ki, "Qahir-2M" tipli bir ədəd ballistik raket muzdurların qərb sahilllərindəki toplaşma məkanına atılıbdır.

Yerli mənbələr deyiblər ki, onlarla muzdur bu raketin atılması nəticəsində ölübdür. 

Qərb sahillərində muzdurlar və təcavüzkarların xəsarətləri ardıcıl surətdə artmaqdadır.