Yan 06, 2018 20:14 Asia/Baku
  • BMT: 2015-ci ildən bəri 8 mindən çox yəmənli öldürülüb
    BMT: 2015-ci ildən bəri 8 mindən çox yəmənli öldürülüb

BMT Yəmənə qarşı təcavüzün başlanmasından bəri bu ölkədə səkkiz mindən çox yəmənlinin öldürülməsindən xəbər verib.

BMT-nin tabeliyində olan humanitar yardımlar üzrə koordinasiya mərkəzi bildirib ki, 2015-ci ilin mart ayında Yəmənə qarşı təcavüzün başlanmasından bəri səkkiz mindən çox yəmənli öldürülüb, əlli min nəfər də yaralanıbdır. 

BMT-nin tabeliyində olan humanitar yardımlar üzrə koordinasiya mərkəzi bir hesabatda bildirib ki, üç milyondan yuxarı insan müharibə ucbatından öz ev-eşiyindən qaçmağa məcbur olubdur. Həmçinin iyirmi iki milyondan çox insan da humanitar yardımlara ehtiyaclıdır. Bu hesabatda deyilir ki, on altı milyon nəfər səhiyyə xidmətləri və içməli sudan məhrumdur; Yəmənin iqtisadiyyatı son dərəcə durğunluğa düçar olub və iqtisadiyyata tətbiq olunmuş məhdudiyyətlərə görə, əmtəə mal idxalatı daha çətin və çoxxərcli olubdur.

Teqlər