Yan 07, 2018 18:58 Asia/Baku
  • Ərəbistan Yəmənin şimalında bir bazarı vurdu
    Ərəbistan Yəmənin şimalında bir bazarı vurdu

Ərəbistan qırıcıları Yəmənə qarşı hücumlarının davamında Sədə vilayətində bir bazarı hədəfə alıblar.

Livanın Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, bu hücumda bir qrup mülki o cümlədən bir neçə  uşaq yaralanıb.

Ərəbistan qırıcıları dünən də Yəmənin Sədə vilayətini hədəfə almışdılar. Bu hücumlarda bir qrup mülki ölmüş və yaralanmışdı.

Yəmənli qüvvələr Ərəbistanın vəhşiliklərinə cavab olaraq Ərəbistanın cənubnda, Cizan və Əsir məntəqələrində Ali-Səud hərbçiləri və muzdlularına ağır zərbələr endiriblər.

Teqlər