Yan 08, 2018 20:21 Asia/Baku
  • Yəmənli analar övladlarının azad edilməsini istəyiblər
    Yəmənli analar övladlarının azad edilməsini istəyiblər

Övladları Birləşmiş Ərəb Əmirliklərində saxlanılan yəmənli qadınlar Yəmənin istefa vermiş hökumətinin Daxili İşlər Nazirliyi binası qarşısına toplaşaraq övladlarının taleyi barədə məlumat verilməsini istəyiblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Ədən əhalisi bildirir ki, Ber Əhməd həbsxanasının zabitləri məhbusları axtararkən onları soyundururlar. 

Yəmənin istefa vermiş hökumətinin daxili işlər naziri Əhməd Əl-Meysəri 17 ay öncə həbs edilən yaxud itkin düşənlərin siyahisini əldə edib. 

İnsan haqları gözətçiləri bildirib ki, BƏƏ-nin nəzarətində olan Ədən həbsxanasında 170 yəmənli ən ağır işkəncələrə məruz edilir. 

Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi hücuma keçib və bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. Bu təcavüzkar əməliyyatların bəhanəsi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdan ibarətdir. 

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı müharibəsi on minlərlə yəmənlinin həlak olmasına və milyonlarla insanın didərgin düşməsinə gətirib çıxarıb. 

Teqlər