Ə.Həkim İraq parlament seçkilərinin təyin olunmuş vaxtda keçirilməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i291741-Ə.həkim_İraq_parlament_seçkilərinin_təyin_olunmuş_vaxtda_keçirilməsini_vurğulayıb
İraqda "Milli Hikmət" cərəyanının sədri Əmmar Həkim İraq parlament seçkilərinin özünün təyin olunduğu vaxtında keçirilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2018 10:21 Asia/Baku
  • Ə.Həkim İraq parlament seçkilərinin təyin olunmuş vaxtda keçirilməsini vurğulayıb
    Ə.Həkim İraq parlament seçkilərinin təyin olunmuş vaxtda keçirilməsini vurğulayıb

İraqda "Milli Hikmət" cərəyanının sədri Əmmar Həkim İraq parlament seçkilərinin özünün təyin olunduğu vaxtında keçirilməsini vurğulayıb.

İraq seçkiləri üzrə müstəqil baş komissarlığın bildirdiyinə görə, bu ölkənin parlament seçkiləri 2018-ci il mayın 12-də keçiriləcək. İraqdakı bəzi siyasi cərəyanlar müxtəlif bəhanələrlə qarşıdakı parlament və vilayət şuraları seçkilərini təxirə salmağa çalışırlar.

Əmmar Həkim BMT-nin İraq məsələləri üzrə nümayəndəsi Yan Kubişlə görüşdə İraqda parlament seçkilərinin təxirə salınması üzrə hər cür xahişlə müxalifət edib. Bildirib ki, bu seçkilər ölkədə demokratik sistemin zəmanətçisi kimi özünün təyin olunmuş zamanında keçirilməlidir.