Yan 10, 2018 13:03 Asia/Baku
  • Yəməndə difteriya qurbanlarının sayı 48 nəfərə çatdı
    Yəməndə difteriya qurbanlarının sayı 48 nəfərə çatdı

Ümumdünya Səhiyyət Təşkilatı çərşənbə axşamı Yəməndə difteriya xəstəliyinə yoluxma nəticəsində həyatını itirənlərin sayının 48-ə çatdığını bildirib.

Ümumdünya Səhiyyət Təşkilatının bildirdiyinə görə, hazırda Yəməndə təqribən 500 nəfər difteriya xəstəliyinə yoluxub.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Ümumdünya Səhiyyət Təşkilatı Yəmənin dünyada insani baxımdan ən pis şəraitə malik olduğunu bildirərək, 8 milyon yəmənlinin aclıq və qıtlıqdan əziyyət çəkdiyini elan edib.

Ərəbistanın Yəmənə olan hücumlarının davam etməsi ilə bu ölkənin bütün sivil infrastrukturları demək olar ki, tamamilə məhv edilib. Ölkənin içməli su şəbəkəsinin sıradan çıxması ilə vəba xəstəliyi ölkədə sürətlə yayılmağa başlayıb.

Teqlər