Yan 12, 2018 16:26 Asia/Baku
  • Suriya ordusunun Hələb vilayətində uğuru
    Suriya ordusunun Hələb vilayətində uğuru

Suriya ordusu Hələb vilayətinin ətrafındakı daha beş kəndi Cibhətunnusrə terror qrupunun işğalından çıxarıb.

Suriya ordusu Hələbin cənub-şərq ətrafında Cibhətunnusrə terrorçularının mövqelərinə qarşı hücumlarda bir qrup terrorçunu öldürüb və onların hərbi təchizatlarını məhv edibdir.

Ələmiriyyə, Əbu Cəlus, Burc Əlsəma, Təl Ənbər və Əbu Əbdə son zamanlar terrorçuların işğalından çıxarılmış Hələb vilayətinin beş kəndidir.

Suriya ordusu habelə çərşənbə günü Hələbin cənub-qərb ətrafında altı kənd və qəsəbəni Cibhətunnusrə ünsürlərinin işğalından azad edib.

Teqlər