Bəhreyndə hakim rejim ilə müxalif olanların repressiyası davam edir
Yan 17, 2018 09:47 Asia/Baku
Ali-Xəlifə rejiminə bağlı güclər Bəhreynin paytaxtı Manamanın Əddiraz məntəqəsində aksiya iştirakçılarına qarşı böyük güc tətbiq ediblər.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Əddiraz məntəqəsinin sakinləri çərşənbə axşamı 2017-ci ilin yanvarında Ali-Xəlifə rejimi tərəfindən 3 gəncin polisə müqavimətdə ittiham olunaraq edam edilməsinin ildönümü günündə küçələrə axışaraq, aksiya keçirib.
Əddiraz sakinləri əllərində bu 3 gəncin fotoşəkillərini daşıyaraq, Ali-Xəlifə rejiminə qarşı şüarlar veriblər.
Aksiya iştirakçıları həmçinin, tanınmış şiə ruhani Şeyx İsa Qasımın ev dustağı edilməsinə öz etirazlarını bildiriblər.