İsrail hərbçiləri Qəzzədə fələstinlilərin torpaq ərazilərinə soxulublar
Yan 17, 2018 16:58 Asia/Baku
İsrail buldozerləri bu gün çərşənbə sionist rejim ordusunun himayəsi altında Qəzzə sərhədlərində yerləşən Sofa qapısından keçərək, Xan Yunusa daxil olub və fələstinlilərin əkin ərazilərini məhv edib.
Fələstiin Əl-Yəum informasiya agentliyinin verdiyi məlumata görə, İsrail rejimi fələstinlilərə qarşı təzyiqlərin arıtırlması məqsədi ilə onların əkin əraziləri, mənzilləri və iş yerlərini dağıdır. Bununla da daha artıq ərazini işğal etməyə cəhd göstərir.
ABŞ prezidenti Donald Trampın 6 dekabr 2017-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıması və bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verməsinin ardınca İsrail rejimi fələstinlilərə qarşı cinayətlərini daha da artırıb.