Yan 22, 2018 19:58 Asia/Baku
  • Bəşşar Əsəd yekun qələbəyə nikbindir
    Bəşşar Əsəd yekun qələbəyə nikbindir

Suriya prezidenti qələbələrdə İran İslam Respublikasının dəstəkləri və İslam İnqilabının Böyük Rəhbərinin rolunu alqışlayaraq ümidvarlıq edib ki, Suriyada da terrorçular üzərində yekun qələbə əldə olunacaq.

İranın Xarici Əlaqələr Strateji Şurasının rəhbəri Seyid Kamal Xərrazi bazar günü Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşüb.

Bu görüşün əvvəlində Kamal Xərrazi son aylarda Suriya hərbi qüvvələri və müttəfiqlərin terrorçu ünsürlərə qələbələri münasibəti ilə Suriyanı təbrik edib və deyib: Bu qələbələr Suriya və müttəfiq qüvvələrin səyləri nəticəsində əldə olunub və əlavə səylər göstərilməlidir ki, Suriyanın qalan ərazisi terrorçuların işğalından azad edilsin.

Bəşşar Əsəd də Suriya müharibəsini açıqlayıb, bu qələbələrdə İslam İnqilabının Böyük Rəhbərinin rolu ilə İran İslam Respublikasının dəstəklərinə təşəkkürünü bildirib və deyib: İran və müttəfiq qüvvələrin döyüş cəbhələrində möhkəmliyi və perspektivliyi bu qələbələrdə diqqəti cəlb edəcək rola malik olub.

O ümid edib ki, Suriyanın şimalında kürdlər də Suriya hökuməti ilə razılaşma əldə edəcək və bu bölgə ABŞ və terrorçuların himayədarlarının nüfuzundan təmizlənəcək.

Teqlər