Təl-Əviv sakinləri Netanyahunun Nazirlər Kabinetinin korrupsiyasi əleyhinə aksiya keçirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294525-təl_Əviv_sakinləri_netanyahunun_nazirlər_kabinetinin_korrupsiyasi_əleyhinə_aksiya_keçirdi
Təl-Əvivin minlərlə sakini 9-cu həftə ardıcıl olaraq sionist rejim baş naziri Benyamin Netanyahunun Nazirlər Kabineti əleyhinə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2018 12:58 Asia/Baku
  • Təl-Əviv sakinləri Netanyahunun Nazirlər Kabinetinin korrupsiyasi əleyhinə aksiya keçirdi
    Təl-Əviv sakinləri Netanyahunun Nazirlər Kabinetinin korrupsiyasi əleyhinə aksiya keçirdi

Təl-Əvivin minlərlə sakini 9-cu həftə ardıcıl olaraq sionist rejim baş naziri Benyamin Netanyahunun Nazirlər Kabineti əleyhinə aksiya keçirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, sionist etirazçılar şənbə günü plakatlar daşıyaraq Benyamin Netanyahu və bütün nazirlərinin istefa verməsini tələb ediblər. 

Sionist Haarets qəzeti yazıb: İşğal olunmuş başqa şəhərlərdə, o cümlədən Hayfa və Əfulədə yüzlərlə etirazçı Netanyahunun korrupsiyası əleyhinə aksiya keçirib. 

Təl-Əvivin sabiq polis rəisi ümidvarlıq edib ki, Netanyahu korrupsiya işi ilə əlaqədar araşdırmada tezliklə günahkar tanınacaq və həbs olunacaq. 

Benyamin Netanyahu bir neçə həftə öncə üç korrupsiya, rüşvət almaq və vəzifəsindən sui-istifadə etmək işi ilə əlaqədar yeddinci dəfə polis tərəfindən dindirilib.