Fev 07, 2018 14:41 Asia/Baku
  • İraqın baş naziri: ABŞ qüvvələri tədricən İraqı tərk edirlər

Heydər Əl-İbadi İraq hökumətinin ölkədəki amerikalı hərbçilərin sayının tədricən azaldılması üzrə planlara malik olduğunu deyib.

İRNA-nın məlumatına görə, İraqın baş naziri Heydər Əl-İbadi çərşənbə axşamı öz həftəlik mətbuat konfransında deyib: Bir ildən çoxdur ki , ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqdan çıxarılması ilə bağlı layihələr gündəmdədir və bu layihələr gələcəkdə tədrici şəkildə icra ediləcəklər.

İraq hökumətinin sözçüsü Səəd Əl-Hədisi də İraqdakı ABŞ hərbçilərinin sayını 5200 nəfər elan edib. Onun dediyinə görə, gələcəkdə İraqdakı amerikalı hərbçilərin sayı azaldılsa da, onların bir hissəsi bu ölkədə qalacaqlar.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq anti-İŞİD koalisiyası daha öncə 2018-ci ildə İraqdakı qüvvələrinin sayını azaldacağını bildirmişdi.

İraqda İŞİD terror qruplaşmasının varlığına son qoyulması ilə İraqın bir çox tanınmış siyasətçisi, ictimai xadimi, siyasi partiyaları və mediaları ABŞ-ın İŞİD əleyhinə mübarizə bəhanəsinin artıq qüvvədən düşdüyünə işarə edərək, amerikalı hərbçilərin İraqdan çıxarılmasını istəyirlər.

Amerikalı hərbçilər 2011-ci ildə İraqda ardıcıl olaraq uğursuzluqlara düçar olmalarının ardınca bu ölkəni tərk etsələr də, 2014-cü ildə  yenidən İŞİD ilə mübarizə adı altında beynəlxalq bir koalisiya formatında İraqda hərbi qüvvə yeritdi.

Teqlər