Fev 26, 2018 18:06 Asia/Baku
  • İraq Kürdüstanının hava limanlarında uçuş qadağası uzadılıb
    İraq Kürdüstanının hava limanlarında uçuş qadağası uzadılıb

İraqın mərkəzi dövləti bu ölkənin Kürdüstan məntəqəsinin hava limanlarında xarici uçuşların qadağasını uzadıbdır.

Ərbil beynəlxalq hava limanındakı yüksək vəzifəli bir mənbə Frans-Press ilə müsahibədə deyib: Bağdad İraq Kürdüstanı məntəqəsinin hava limanlarında xarici uçuşların qadağasını daha üç ay müddətinə uzadıb.

Bağdad ötən sentyabrda İraq Kürdüstanı məntəqəsində separatçılıq referendumunun keçirilməsinə reaksiyada Ərbil və Süleymaniyyə hava limanlarının giriş və çıxış istiqamətlərində xarici uçuşları ləğv etdi.

İraqın mərkəzi dövləti bu referendumu qanunsuz adlandırıb və sonra onun nəticələri İraqın ali federal məhkəməsi tərəfindən ləğv edilmiş elan olunubdur.

İraq Kürdüstanı məntəqəsində separatçılıq referendumunun keçirilməsindən sonra Ərbil-Bağdad əlaqələri gərginliklə üzləşib və İraqın mərkəzi dövləti bu referenduma reaksiyada tədbirlər görübdür.

Son zamanlar ixtilaflı halların həlli üçün Bağdad ilə Ərbil arasında danışıqlar başlanıb və İraq Kürdüstanı məntəqəsinin hava limanlarında uçuş qadağasının uzadılması göstərir ki, iki tərəf hələ anlaşmaya və razılığa çata bilməyibdir.

Teqlər