Mart 04, 2018 12:32 Asia/Baku
  • Təl-Əvivdə korrupsiya əleyhinə aksiya keçirilib
    Təl-Əvivdə korrupsiya əleyhinə aksiya keçirilib

Minlərlə nəfər şənbə günü axşam Təl-Əvivdə aksiya keçirərək, baş nazir Benyamin Netanyahunun və onun ailə üzvlərinin korrupsiyasına qarşı şüarlar verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Aksiya iştirakçıları Netanyahunun istefa verməsini tələb edərək, onu və nazirlər kabinetini korrupsioner adlandırıblar. 

İsraildə çıxan Haaretz qəzeti də yazır: İsrail rejiminin sadəcə baş naziri deyil, Knesset (Parlament) və Nazirlər Kabinetinin üzvləri də korrupsiya ilə əlaqədar istintaqa cəlb ediliblər. 

Təl-Əvivin sabiq polis rəisi ümidvarlıq edib ki, Netanyahu ən qısa zamanda ittiham olunduğu korrupsiya işlərində müqəssir və günahkar elan olunaraq, həbs edilsin. 

İsrail polisi cümə günü 8-ci dəfə olaraq Netanyahu və həyat yoldaşını istindaqa cəlb edib. 

Teqlər