Şeyx Nəim Qasim: İran müqavimətin mənəvi anasıdır
Livan Hizbullahının baş katibinin müavini bildirib: İran heç bir gözlənti olmadan müqavimətə köməklik göstərir və müqavimətin mənəvi anasıdır.
Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Livan Hizbullahı Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim sionist rejimin təhdidləri və təhlükələrinin diqqətə alınmasını qeyd edərək deyib: Sionist rejimin regionda bütün təhlükə və təhdidlərin səbəbkarı olduğunu dərk etməzsək, irəliləyişə heç bir ümid yoxdur.
Livan Hizbullahı baş katibinin müavini ABŞ və bəzi ölkələrin sionist rejimə ciddi dəstəyinə toxunaraq bildirib: Sionistlər dünyanın bəzi böyük ölkələri ilə işğalçılığı möhkəmləndirmək istiqamətində plan cızıb və dünyada fəsadın genişlənməsinə çalışırlar. Lakin heç vaxt özlərini məzlum göstərməkdən əl çəkmirlər.