Əl-İbadi: İraqda terrorizm sona çatıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i298223-Əl_İbadi_İraqda_terrorizm_sona_çatıb
İraqın baş naziri deyib: İraqda terrorizm hərbi cəhətdən sona çatıb və indi terrorçu düşüncələri məhv etmək lazımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2018 19:09 Asia/Baku
  • Əl-İbadi: İraqda terrorizm sona çatıb
    Əl-İbadi: İraqda terrorizm sona çatıb

İraqın baş naziri deyib: İraqda terrorizm hərbi cəhətdən sona çatıb və indi terrorçu düşüncələri məhv etmək lazımdır.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İraqın baş naziri heydər Əl-İbadi bu gün Bağdadda təhlükəsizlik və müdafiə sərgisində etdiyi çıxışında deyib: Bu gün İraqın ehtiyacı olduğu silah, müharibə törətmək üçün deyil, sülh və yenidən qurma üçündür və İraqın imkanları terrorizm ilə mübarizə prossesində bu ölkənin müasir hərbi qabiliyyətini göstərir. 

Əl-İbadi xalq səfərbər qüvvələri barədə verilən fərmanın İraqın təhlükəsizlik qüvvələrinin varlığını mühafizə məqsədi ilə həyata keçdiyini bildirərək deyib: Bu kimi təşəbbüslər iraqlı vətəndaşlara dəstək üçün silahı dövlətdə cəmləşdirmək məqsədi ilə həyata keçirilir.