Silahlılar İraqın baş nazirinin təhlükəsizlik komandasına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i298579-silahlılar_İraqın_baş_nazirinin_təhlükəsizlik_komandasına_hücum_ediblər
İraq mediaları Samira şəhərində İraqın baş nazirinin təhlükəsizlik komandasına qarşı silahlı hücumdan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2018 06:11 Asia/Baku
  • Silahlılar İraqın baş nazirinin təhlükəsizlik komandasına hücum ediblər

İraq mediaları Samira şəhərində İraqın baş nazirinin təhlükəsizlik komandasına qarşı silahlı hücumdan xəbər veriblər.

Əl-İttica telekanalının verdiyi məlumata görə, dünən günortadan sonra yaraqlılar Samira şəhərində İraqın baş naziri Heydər Əl-İbadinin təhlükəsizlik komandasını hədəfə alıblar. 

Bu məlumata görə, bu silahlı əməliyyatda İraq ordusunun 57-ci diviziyasının komandanı Polkovnik Şərif İsmayıl həlak olub. Bir neçə nəfərin də yaralandığı deyilir. Hücum Samira şəhərinin qərbində Əl-Həviş yoxlama-buraxılış məntəqəsində baş verib. 

İraqlı mənbələr bildiriblər ki, naməlum müddətədək Samirada gediş-gəlişə qadağa rejimi tətbiq edilməkdədir. Hələlik İraq hökuməti bu hücuma münasibət bildirməyib.