Mart 23, 2018 09:35 Asia/Baku
  • Adil Əlcubəyrin İrana qarşı yeni cəfəngiyyatı
    Adil Əlcubəyrin İrana qarşı yeni cəfəngiyyatı

Səud rejiminin xarici işlər naziri Adil Əlcubəyr dünən Amerikada bir daha İran İslam Respublikasına qarşı iddialarını təkrar edib.

Adil Əlcubəyr ABŞ prezidenti Donald Tramp və sionist rejimin baş naziri Benyamin Netanyahu ilə birgə olduğu Brukinqs institutundakı çıxışında regionda terrorçularla mübarizənin əsas qütblərindən biri olan İran İslam Respublikasını terrorizmə dəstək verməkdə ittiham edib və iddia edib ki, İran regionun böyük problemidir.

İran İslam Respublikası İraq və Suriyanın rəsmi istəkləri əsasında bu ölkələrdə  terror qrupları ilə mübarizə üçün onlara məsləhət yardımı edir. Bu hərəkət heç bir vəchlə Tramp, Netanyahu və səud başçılarının xoşuna gəlmir.

Suriya və İraq böhranları müvafiq olaraq, 2011 və 2014-cü illərdə ABŞ-ın və onun müttəfiqlərinin dəstək verdikləri terror qruplarının geniş hücumları ilə başlanıb. Bu hücumlarda məqsəd, region parametrlərini sionist rejimin xeyrinə dəyişmək olubdur.

Suriya və İraq orduları son zamanlar İran İslam Respublikasının hərbi məsləhətləri ilə bu iki ölkədə İŞİD-in işinə xitam verə biliblər.

Səud rejiminin xarici işlər naziri həmçinin nüvə anlaşmasına toxunaraq, iddia edib ki, İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşmasının dəyişikliyə ehtiyacı var.

Netanyahu və Tramp da indiyədək dəfələrlə nüvə anlaşmasının dəyişdirilməsi və ya mümkün olarsa, ləğv edilməsini istəyiblər.

Tramp nüvə anlaşmasının təkcə İranın maraqlarını təmin etdiyini iddia edərək, onun maddələrinin Ağ Evin maraqları istiqamətində dəyişdirilməsini istəyir.

Belə bir halda, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini və nüvə anlaşmasının digər tərəfləri dəfələrlə bu anlaşmanın dünya ictimaiyyətinə aid olduğunu bildirərək, qeyd ediblər ki, bu, ikitərəfli tənzim edilimiş və onda dəyişiklik apara bilinəcək bir anlaşma deyildir.

Dünya Tramp, Netanyahu və səud başçılarının əksinə olaraq, nüvə anlaşmasının qorunmasını istəyir.

İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşması2016-cı ilin yanvarından qüvvəyə minibdir.

Teqlər