AB Skripal məsələsində Londona qoşulub
Avropa Birliyi bir bəyanatda Londonun siyasətlərinə dəstək verərək, ikitərəfli rus agent Skripalın zəhərlənməsi məsələsində Rusiyanı pisləyib və simvolik şəkildə Moskvadakı elçilərini geri çağırıbdır.
İkitərəfli rus agent Skripalın və qızının Solsberidə zəhərlənməsinin ardınca London-Moskva əlaqələrində çəkişmələr şiddətlənibdir.
İngiltərə bu hadisədən sonra 23 rus diplomatı Londondan çıxarıb və son zamanlar bu şəxslər ailələri ilə birgə İngitərəni Rusiyaya doğru tərk ediblər. Rusiya da qarşılıqlı olaraq, 23 ingilis dilomatı qovubdur.
Skripal bundan öncə Rusiya ordusunun kəşfiyyat xidmətinin polkovniki olub və 2010-cu ildə Qərbdə problemlə üzləşmiş rus agentlərlə dəyişdirilərək, İngiltərədən sığınacaq alıb.
2006-cı ildə bir Rusiya məhkəməsi Skripalı Rusiya ordusunda xidmət etdiyi dövrdə İngiltərənin MI6 kəşfiyyat xidməti ilə həmkarlığa görə, xəyanətdə ittiham etmişdi.
İngiltərə dövləti iddia edibdir ki, Skripal və qızı Rusiyada istehsal olunan və sinir sistemini iflic edən qazla zəhərləndiriliblər. Onlar hazırda xəstəxanada yatırlar və vəziyyətləri ağır elan olunubdur.