Liviyanın şərqində partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300254-liviyanın_şərqində_partlayış
Liviyanın təhlükəsizlik dairələri bu ölkənin şərqində yoxlama-keçid məntəqəsi qarşısında partlayışın törədildiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2018 06:52 Asia/Baku
  • Liviyanın şərqində partlayış
    Liviyanın şərqində partlayış

Liviyanın təhlükəsizlik dairələri bu ölkənin şərqində yoxlama-keçid məntəqəsi qarşısında partlayışın törədildiyini bildiriblər.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Liviya təhlükəsizlik dairələri cümə axşamı gecə bildiriblər: Əcdabiya şəhərinin girişində yoxlama-keçid məntəqəsi qarşısında partlayıcı qurğu quraşdırılmış avtomobilin partladılması nəticəsində 8 nəfər həlak olub, 8 nəfər də yaralanıb. 

Liviya təhlükəsizlik dairələrinin bildirdiyinə görə, Milli Ordunun komandanı Xəlifə Həftərin qüvvələri bu yoxlama-keçid məntəqəsini yaratmışdılar. 

Hələlik kimsə və ya hər hansı qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib. 

Bu, ötən bir ay ərzində Əcdabiya şəhərində ikinci partlayışdır. 

Əcdabiya şəhərinin cənubunda 9 martda törədilən partlayışda üç nəfər həlak olmuşdu. İŞİD terror qruplaşması həmin aktın məsuliyyətini üzərinə götürmüşdü.