Apr 01, 2018 16:40 Asia/Baku
  • "İŞİD-in cəlladı" öldürüldü

İraqın qərbində əl-Anbar səhrasında keçirilən əməliyyatda İŞİD Cəlladı kimi tanınan bu terror qruplaşmasının başçılarından biri öldürülüb.

İRNA-nın məlumatına görə, İraqın təhlükəsizlik dairələri bu gün bildiriblər: İraq xüsusi qüvvələrinin əl-Anbar vilayətində keçirdikləri əməliyyatda İŞİD Cəlladı kimi tanınan Əbu Taha Tunisi və onunla birlikdə olan 9 terrorçu öldürülüb. 

Məlumata görə, bu əməliyyatda həmçinin təkfirçi terrorçulara məxsus silah, narkotik maddələr və spirtli içkilər olan bir neçə gizli tunel aşkarlanıb. 

İŞİD-in İraqdakı hərbi iştirakına 2017-ci ilin dekabr ayının əvvəllərində son qoyulduğu elan olunsa da, təkfirçi terrorçular ölkənin müxtəlif bölgələri, xüsusilə də Bağdadın ətrafında, həmçinin İraqın şimal, şərq və qərbində dağınıq şəkildə hücumlar həyata keçirirlər. 

Başqa bir məlumata görə, İraq parlamentində iyzədilərin nümayəndəsi Fiyan Dəxil bildirib: Hələlik İŞİD-in əsirliyində olan 3100 iyzədi qadını və qızının taleyi haqda heç bir məlumat yoxdur və onların tapılmasına çalışırıq. 

Teqlər