Ərəb Liqası sionistlərin son cinayətləri haqda BMT-nin komitə təşkil etməsini istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300756-Ərəb_liqası_sionistlərin_son_cinayətləri_haqda_bmt_nin_komitə_təşkil_etməsini_istədi
Ərəb Liqası çərşənbə axşamı gecə BMT baş katibi və Təhlükəsizlik Şurasından sionistlərin Qəzzə zolağındakı son cinayətləri haqda araşdırma komitəsi təşkil etməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2018 04:41 Asia/Baku
  • Ərəb Liqası sionistlərin son cinayətləri haqda BMT-nin komitə təşkil etməsini istədi
    Ərəb Liqası sionistlərin son cinayətləri haqda BMT-nin komitə təşkil etməsini istədi

Ərəb Liqası çərşənbə axşamı gecə BMT baş katibi və Təhlükəsizlik Şurasından sionistlərin Qəzzə zolağındakı son cinayətləri haqda araşdırma komitəsi təşkil etməsini istəyib.

İRNA-nın məlumatına görə, Ərəb Liqası Qahirədə Qüdsü işğal etmiş rejim hərbçilərinin Qəzzə zolağındakı cinayətlərinin araşdırılması məqsədilə fövqəladə iclas keçirib. 

Bu iclas Fələstin Özünüidarə Təşkilatının müraciəti əsasında keçirilib. 

Minlərlə fələstinli cümə günü Torpaq Gününün 42-ci ilində Qayıdış haqqı dinc yürüşündə Qəzzə zolağının işğal olunmuş ərazilərlə sərhədinə doğru hərəkət edib. Lakin onların hərəkəti sionistlərin hücumu ilə üzləşib. 

Qüdsü işğal etmiş rejimin hərbçilərinin fələstinli etirazçılara hücumunda azı 18 fələstinli şəhid olub, 1500-dən çox fələstinli yaralanıb.