İraqın əl-Anbar qərbində İŞİD təkfirçilərindən bir qrupu yaxalanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300762-İraqın_əl_anbar_qərbində_İŞİd_təkfirçilərindən_bir_qrupu_yaxalanıb
İraq qüvvələrinin əl-Anbar vilayətinin qərbində keçirdiyi xüsusi əməliyyatda bir qrup İŞİD ünsürü saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2018 06:50 Asia/Baku
  • İraqın əl-Anbar qərbində İŞİD təkfirçilərindən bir qrupu yaxalanıb
    İraqın əl-Anbar qərbində İŞİD təkfirçilərindən bir qrupu yaxalanıb

İraq qüvvələrinin əl-Anbar vilayətinin qərbində keçirdiyi xüsusi əməliyyatda bir qrup İŞİD ünsürü saxlanılıb.

Mehr İnformasiya Agentliyinin Ən-Nəşrəyə istinadla verdiyi məlumata görə, bir təhlükəsizlik rəsmisi deyib: Əl-Anbar vilayətinin qərbində İŞİD terror qruplaşmasının qalan təkfirçiləri əleyhinə lazımi məlumatlar əldə olunduqdan sonra bu əməliyyat keçirilib. 

Kütləvi İnformasiya Vasitələri də bildiriblər: İraq ordusunun əməliyyatları əl-Anbar vilayətinin qərbindəki müxtəlif bölgələrdə, o cümlədən Əqziyə Ər-Rətbə, əl-Qaim və Hitdə keçirilib. 

İraq baş naziri və silahlı qüvvələrin ali baş komandanı Heydər əl-İbadi 2017-ci ilin dekabr ayında bu ölkə ərazisinin İŞİD-in işğalından tam azad olunduğunu rəsmən elan etdi. Lakin bu ölkənin İŞİD-in qalıqlarının işğalından təmizlənməsi əməliyyatı hələ də davam edir.