Fələstinlilər Heili və Fridmanın şəkillərini yandırdılar
Fələstinli etirazçılar Ramullahda ABŞ heyətinin qərargahı qarşısına toplaşaraq bu ölkənin BMT-dəki nümayəndəsi və işğal olunmuş ərazilərdəki səfirinin mövqelərinə qarşı olduqlarını bildirib və onların şəkillərini yandırıblar.
İSNA-nın məlumatına görə, fələstinli etirazçılar Ramullahda ABŞ-ın rəsmi heyətinin qərargahı qarşısında ABŞ-ın BMT-dəki səfiri Niki Heili və bu ölkənin Təl-Əvivdəki səfiri David Fridmanın şəkillərini yandırdıqdan sonra bir daha müqavimət mehvərinin "əsrin sazişi" adlandırılan sazişə qarşı olduğunu vurğulayıblar.
Fələstinli etirazçılar həmçinin bu aksiyada əllərində Vaşinqtonun Fələstin əleyhinə siyasətini və Qəzzədə Qayıdış Haqqı aksiyalarında sionist hərbçilərin fələstinli etirazçıları qətlə yetirməsi qarşılığında susqun mövqeyini pisləyən plakatlar tutublar.
Qayıdış Haqqı böyük yürüşü zamanından indiyə qədər 19 fələstinli şəhid olub, 1900-dən çox fələstinli yaralanıb. Bu yürüş 30 martdan Torpaq Gününün ildönümü ilə əlaqədar başlanıb və davam edir.