Yəmən xalqı təcavüzkarların əxlaqsız rəftarlarına etiraz olaraq aksiya keçiriblər
-
Yəmən xalqı təcavüzkarların əxlaqsız rəftarlarına etiraz olaraq aksiya keçiriblər
Yəmən xalqı təcavüzkarların əxlaqsız rəftarlarına etiraz olaraq paytaxt Sənada aksiya keçiriblər.
Yəmənin Əl-Hüdəydə vilayətində yerləşən Əl-Xuxə məntəqəsində işğalçıların bir yəmənli qadına təcavüz etməsi Yəmən xalqını xeyli qəzəbləndirib. Ərəbistanın başçılıq etdiyi Ərəb Koalisiyası qüvvələrinin bu əxlaqsızlığı və rüsvayçı hərəkətinə etiraz olaraq paytaxt Sənada aksiya keçirən yəmənlilər işğalçı qüvvələrin bu hərəkətini bütün Yəmən xalqına qarşı hörmətsizlik adlandırıb və bildiriblər: İşğalçılar və təcavüzkarların cinayətləri cavabsız qalmayacaq və yəmənlilər öz namuslarını müdafiə etmək üçün istənilən fədakarlığa hazırdırlar.
Sənada keçirilən etiraz aksiyasında iştirak edən yəmənlilərdən biri deyir: "Bu rüsvayçı və əxlaqsız hadisə hər bir ərəb və müsəlmanı və ümumiyyətlə insanı qəzəbləndirir. Biz öz torpaqlarımızı, vətənimizi və namusumuzu müdafiə etmək üçün təhsili bir kənara qoyaraq, əlimizə silah alacağıq."
Bir başqa yəmənli isə deyir: "Biz yəmənlilər vətənimizi və namusumuzu qeyrətlə müdafiə edəcəyik. Ölkəmizi işğalçılar üçün qəbirsanlığa çevirəcəyik."
"Namusu müdafiə üçün vətənin azad edilməsi" şüarı altında keçirilən bu aksiyada iştirak edənlər işğalçılar və təcavüzkarlar ilə mübarizəni Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya üzərində qələbə çalmağın yeganə yolu adlandırıblar.
Aksiya iştirakçıları həmçinin, Yəməni azad etmək üçün bütün yəmənlilərin əllərinə silah alaraq, savaş meydanına üz tutmasına təkid ediblər.
Yəməndə yaşayan sudanlılar cəmiyyətinin sədri Şəmbani Əl-Huri də deyib: "Biz işğalçıların əxlaqsız hərəkətini kəskin formada qınayır və yəmnli qadına təcavüz edən işğalçıların ən ağır şəkildə cəzalandırılmasını istəyirik. On illərdir ki, yəmənli qardaşlarımız ilə birlikdə yaşayan biz sudanlılar, sudanlı bir hərbçinin yol verdiyi bu hərəkəti özümüzə qarşı hörtməsizlik hesab edirik."
Yəmənlilər işğalçı və təcavüzkar qüvvələrin bu əxlaqsız və rüsvayçı hərəkətinin insan haqlarını müdafiə iddiasında olan beynəlxalq təşkilatlar adına qara ləkə olduğunu deyərək, bu qara ləkənin heç vaxt tarixin səhifəsindən silinməyəcəyini deyiblər.