AB sionist rejimin fələstinlilərə qarşı qəddarlığından nigarandır
Avropa Birliyinin sözçüsü dünən gecə bir bəyanat yayaraq bildirib ki, Qəzzə zolağında sionist rejim hərbçiləri tərəfindən fələstinli aksiyaçılara qarşı gücdən istifadənin həddi barədə ciddi suallar ortaya çıxıb.
İRNA-nın verdiyi məlumata görə, Maya Kasiançiç sionis trejim hərbçilərinin məzlum Fələstin xalqına qarşı zorakılıqlarından nigaranlıq ifadə edərək cümə günü Qəzzə hadisələri barədə şəffaf araşdırmaların aparılmasını istəyib.
Ötən cümə qayıdış haqqı yürüşlərinin 8-ci günündə sionist rejim həbçilərin atəşi nəticəsində 10 fələstinli şəhid oldu və 1300 nəfər yaralandı.
AB xarici siyasət üzrə koordinatoru Federika Moqerini də sionist rejim hərbçiləri tərəfindən Qəzzə zolağında 30 mart aksiyalarına qarşı hərbi mərmidən istifadə edilməsi barədə müstəqil və şəffaf təhqiqatların aparılmasını istəmişdi.
30 mart da torpaq gününün 42-ci ildönümündə minlərlə fələsitnli qayıdış haqqı adlı dinc askiya keçirərək Qəzzə zolağının işğal olunmuş ərazilərlə təmas xəttinə doğru yürüş keçirdi amma sionist rejim hərbçiləri həmin yürüş iştirakçılarının üzərinə atəş açaraq 17 fələstinlini şəhid etdi 1400-dən çox aksiyaçını yaraladı.
30 martdan 7 aprelədək 29 fələstinli sionis rejim hərbçilərinin atəşi nəticəsində şəhid olub və 3 mindən çox fələstinli yaralanıb.
Bir çox ölkələr o sıradan İran İslam Respublikası eləcə də beynəlxalq təşkilatlar sionistlərin bu cinayətlərini pisləyiblər.
30 mart 1976-cı ildə sionist rejim fələstinlilərin torpaqlarını müsadirə etməyə qərar verdi və həmin gün hər il fələstinlilər tərəfindən torpaq günü adı ilə yürüşlərlə qeyd olunur.
Sionist rejim fələstinlilərin torpaqlarını müsadirə etmək və oralarda sionist qəsəbələr inşa etdirməklə Fələstin ərazilərində etnik tərkibi dəyişmək və bu əraziləri sionistləşdirməyə cəhd göstərir.