ABŞ-ın Suriyanın Riqqədəki bazası raket hücumuna məruz qoyulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301180-abŞ_ın_suriyanın_riqqədəki_bazası_raket_hücumuna_məruz_qoyulub
Suriya ordusunun müttəfiqi sayılan ictimai müqavimət qrupları Riqqədə ABŞ-ın bir bazasını atəşə tutublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2018 06:08 Asia/Baku
  • ABŞ-ın Suriyanın Riqqədəki bazası raket hücumuna məruz qoyulub

Suriya ordusunun müttəfiqi sayılan ictimai müqavimət qrupları Riqqədə ABŞ-ın bir bazasını atəşə tutublar.

Mehr İnformasiya Agentliyinin Rusiya əl-Youm televiziyasına istinadla verdiyi məlumata görə, 2018-ci il fevral ayında Suriya ordusunun müttəfiq qüvvəsi olaraq təşkil olunan ictimai müqavimət qrupları bir bəyanatda bildirib: Bu qüvvələr ötən gün Riqqənin şimalında yerləşən Eyn İsa bölgəsində Lafarge sement zavodunda amerikalıların bir bazasına bir neçə raket atıblar. 

İctimai Qüvvələrin bəyanatında bildirilib: Amerika bazasına raket hücumu elə bir halda həyata keçirildi ki, beynəlxalq koalisiyanın qırıcı təyyarələri bölgənin səmasında uçuş keçirməkdə idilər.