Səud koalisiyasının Təizə qarşı hücumunda 17 sivil ölüb və yaralanıb
-
Səud koalisiyasının Təizə qarşı hücumunda 17 sivil ölüb və yaralanıb
Təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin cənub-qərbində yerləşən Təiz vilayətindəki bəzi məntəqələri bombalayıblar ki, nəticədə 17 nəfər ölüb və yaralanıbdır.
Təcavüzkar səud koalisiyasının Təiz vilayətindəki "Demnə Xidir" məntəqəsində yerləşən bir yaşayış evinə qarşı hava hücumu nəticəsində bir neçə qadın və uşaq daxil olmaqla bir ailənin on iki üzvü həyatını itirib.
Təcavüzkar səud koalisiyası qırıcılarının Təizdəki Əlməhul məntəqəsinə qarşı digər bir hücumunda bir Yəmən vətəndaşı ölüb və dörd nəfər yaralanıbdır.
Səud qırıcıları şənbə günü axşamçağı da Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətinin bəzi məntəqələrini hədəfə alıblar. Bu hücumda Yəmənin yeniyetmələrdən ibarət yığma komandasının keçmiş oyunçusu Əbdulcabbar İdrisi dünyasını dəyişib.
Təcavüzkar səud koalisiyasının Təiz vilayətinə qarşı hava hücumları elə bir halda həyata keçirilibdir ki, Yəmənin ordusu və xalq qüvvələri dünən bir ədəd ballistik raketlə səud hərbçilərinin Ərəbistanın cənubunda yerləşən radar mərkəzini hədəfə alıblar.
Ərəbistanın ABŞ-ın dəstəyilə Yəmənə qarşı hücumları üç ildir davam edir. Bu hücumlar siyasi hədəf olmadan və təkcə Yəmən xalqının qırğın edilməsi, bu ölkənin həyati infrastrukturlarının dağıdılması və nəticədə yoluxucu xəstəliklərin yayılmasının davam etməsi ilə müşayiət olunur.
Yəmənli qüvvələr təcavüzkarların hücumlarına reaksiyada Ali-Səudun və onun muzdurlarının Yəməndə və Ərəbistandakı mövqeləri və bazalarını hədəfə alırlar.