Yəmənlilər səudların hücumlarını pisləyiblər
Apr 09, 2018 20:52 Asia/Baku
-
Yəmənlilər səudların hücumlarını pisləyiblər
Minlərlə yəmənli bu gün Ərəbistanın hücumları və əhali qırğınının şiddətlənməsinə etiraz olaraq, Yəmənin şimalında yerləşən Səədə şəhərində aksiya keçirib.
Bu aksiya Səədə şəhərində "Ölkənin azadlığı, ləyaqətin qorunması" adı altında keçirilib. Aksiyaçılar şüarlar verərək, səud koalisiyasının Yəmənə qarşı hücumlarının davam etməsini pisləyib və bu hücumların dayandırılmasını istəyiblər.
Belə bir halda, təcavüzkar səud qırıcıları beş dəfə Yəmənin qərbindəki Əlhudəydə vilayətində yerləşən Əlcərrahi məntəqəsinin əkin sahələrindən birini bombalayıblar ki, nəticədə iki mülki öldürülüb və daha iki sivil də yaralanıbdır.