Həşduşşəbi terrorçuların Suriya sərhədindəki mövqelərini məhv edib
-
Həşduşşəbi terrorçuların Suriya sərhədindəki mövqelərini məhv edib
İraqda Həşduşşəbi-nin 29-cu diviziyasının artilleriya bölməsi önləyici bir əməliyyatda Suriya sərhədində yerləşən "Tək Səfvək" məntəqəsindəki "Ələtəşanə" kəndində İŞİD ünsürlərindən bir qrupunun mövqelərini məhv edibdir.
Həşduşşəbi dünən bir bəyanatda bildirib ki, bu əməliyyat Suriya ərazisində, İraqda bu qüvvəyə hücuma hazırlıq görən bir İŞİD dəstəsinin mövcudluğu haqdakı informasiyalara əsasən həyata keçirilibdir.
Həşduşşəbi əlavə edib: Bu əməliyyatda bir qrup terrorçu öldürülüb və ya yaralanıbdır.
2017-ci ilin avqustunda İŞİD-in hərbi sonluğunun elan olunmasına rəğmən, təkfirçi terroçuların əməliyyatları bu ölkənin müxtəlif məntəqələrində, o sıradan Bağdadın ətrafında, İraqın şərqində yerləşən Kərkükdə və bu ölkənin qərbində pərakəndə surətdə davam etməkdədir.
İraqın qərbindəki Suriya ilə sərhəd xətti də Suriyada yerləşən terrorçular tərəfindən təhdid edilməkdə davam edən məntəqələrdən biri sayılır.
Digər bir xəbərə görə, İraqlı qaynaqlar dünən axşam bildiriblər ki, Səlahəddin vilayətində yerləşən Şərqat rayonunda partlayış nəticəsində on nəfər ölüb, on dörd nəfər də yaralanıbdır.
İŞİD terroçularının qalıqları vaxtaşırı şəkildə İraqın bəzi məntəqələrinə qarşı terror hücumları həyata keçirirlər. İraq ordusu və Həşduşşəbi qüvvələri bu ölkənin müxtəlif məntəqələrində ölkəni İŞİD qalıqlarından təmzləmə əməliyyatlarını davam etdirməkdədirlər.