Apr 13, 2018 16:30 Asia/Baku
  • Səud hərbçilərinin mövqeləri yəmənli qüvvələrin atəşləri altında
    Səud hərbçilərinin mövqeləri yəmənli qüvvələrin atəşləri altında

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi səud hərbçilərin Nəcran və Əsir məntəqələrindəki mövqelərini öz hücumları hədəflərinə çevirib.

Yəmən ordusundakı bir hərbi mənbə deyib ki, Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi səud muzdurlarının Ərəbistanın Nəcran şəhərində yerləşən Əlxəzra keçidindəki mövqelərini hədəfə alıbdır.

Bu mənbə əlavə edib: Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən gecə də səud hərbçiləri ilə onların muzdurlarının Əsir məntəqəsindəki artilleriyası və mövqelərini bir neçə katyuşa ilə hədəfə alıblar.

Bu hərbi mənbənin sözlərinə görə, həmin hücumlar nəticəsində bir qrup səud hərbçisi və muzduru öldürülüb və ya yaralanıbdır.

"Ələrəbi Əlcədid" xəbər portalı vurğulayıb ki, Yəmənin ordusu və xalq komitələri qüvvələrinin Ərəbistan ərazisindəki mühüm hədəflərə qarşı gündəlik hücumları Yəmənə qarşı hücumlarını dayandırması üçün təcavüzkar səud koalisiyasına təzyiq göstərmək məqsədilə həyata keçirilir və Ənsarullah hərəkatının raket və hərbi qüdrətinin yüksəlməsinə bir dəlildir.

Yəmən xarici işlər nazirinin müşaviri Abdullah Həcər dünən bu ölkənin Əlməsirə telekanalı ilə müsahibədə deyib ki, Yəmən tərəfindən Ərəbistana doğru raket atışının dayanması üçün yeganə yol, Yəməndə sivillərin bombardman edilmələrinin dayandırılmasıdır.

Abdullah Həcər deyib: Ərəbistan və onun müttəfiqləri bilirlər ki, Yəməndə hərbi həll yolu nəticə verməyəcək, zira ötən üç ildə sübut oldu ki, Ərəbistanın öz hücumlarında mülkiləri öldürməsinə rəğmən, yəmənli qüvvələr hər gün hərbi sahədə yeni qələbələr qazanırlar.

Teqlər