Sudiyyə Ərəbistanı Yəmənə qarşı qadağan edilmiş bombalardan istifadə edib
-
Sudiyyə Ərəbistanı Yəmənə qarşı qadağan edilmiş bombalardan istifadə edib
Səudiyyə Ərəbistanı Yəmənə qarşı cinayətlərinin davamında bu ölkənin şimalına qarşı beynəlxalq səviyyədə qadağan edilmiş bombalardan istifadə edib.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, təcavüzkar Səudiyyə qırıcıları kaset bombalarla Sədə hava limanını eləcə də Yəmənin şimalında yerləşən Kəhlan hərbi bazasını hədəfə alıblar.
Səudiyyə Ərəbistanının bu kimi bombalardan təkrar istifadə etdiyinə görə öncə Beynəlxalq Amnistiya Təşkilatı bu ölkəni yəmənlilərə qarşı kaset bombalardan istifadədən çəkindirmişdi.
Həmçinin İnsan Haqları Gözətçiləri Təşkilatı da son vaxtlar Səudiyyə Ərəbistanının qadağan edilmiş bombalardan istifadə etməsini pisləyərək bildirmişdir ki, Bu kimi silahlardan istifadə 2008-ci ildə qəbul olunmuş kaset bombaların qadağan edilməsi müahidəsinə görə qadağandır və indiyədək Britaniya da daxil 108 ölkə bu müahidəni imzalayıb.
Sudiyyə Əərəbistanının Yəmənə qarşı hücumları 3 ildir davam edir və heç bir siyasi məqsəd olmadan sadəcə Yəmən xalqının qırğın edilməsi və bu ölkənin infrasturukturunun məhv edilməsinə yönəlmişdir.