Apr 27, 2018 11:25 Asia/Baku
  • Şəhid əl-Bətşin cənazəsi Qəzzədə doğulduğu məkana qayıdıb
    Şəhid əl-Bətşin cənazəsi Qəzzədə doğulduğu məkana qayıdıb

Fələstin İslam Müqaviməti Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri deyib: Fələstinli alim şəhid Fadi əl-Bətşin cənazəsi sionist rejimin müharibə naziri Aviqdor Libermanın marağının əksinə olaraq Malayziyadan Qəzzə zolağına qayıdıb.

Fadi əl-Bətş ötən şənbə günü Malayziya paytaxtı Kualalumpur şəhərində naməlum şəxslər tərəfindən terror olunub və onun cənazəsi ötən gün günortadan sonra Rəfəh sərhəd keçidi vasitəsi ilə Qəzzə zolağına daxil olub. 

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə fələstinli şəhidin dəfn mərasimində iştirak edərək onun cənazəsinin Qəzzəyə qaytarılması istiqamətində çalışan bütün şəxslərə təşəkkür edib və bildirib: Şəhid Fadi əl-Bətşin terrorundakı günahkar əllər müqavimətin güclənməsi sayəsində kəsiləcəkdir. 

Həniyyə fələstinli şəhidlərin qanının qələbə və işğal olunmuş ərazilərin azad olunmasını tələb etdiyini bildirib və deyib: Həmişə şəhidlik arzusunda olan Fadi əl-Bətş kimi şəxslərin vəfadarlığı Fələstin müqavimətinin fəxr mənbəyidir. 

HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil əl-Həyyə cümə axşamı günü Rəfəh keçidində şəhid Fadi əl-Bətşin cənazəsinin qarşılanması mərasimində bildirib: Sionist rejim fələstinli alim və mühəndis Fadi əl-Bətşin terror edilməsində məsuliyyət daşıyır. 

Əl-Bətşin ailəsi də İsrail rejiminin casusluq xidməti Mossadın bu cinayətdə əli olduğunu bildirib. 

Teqlər