Apr 27, 2018 20:30 Asia/Baku
  • Qayıdış Haqqı yürüşünün beşinci cüməsində 31 fələstinli yaralanıb
    Qayıdış Haqqı yürüşünün beşinci cüməsində 31 fələstinli yaralanıb

Qayıdış Haqqı yürüşünün beşinci cüməsi "İnqilabçı Gənclər Cüməsi" adı altında keçirilib. Qəzzə zolağının şərq sərhədlərində sionist rejim hərbçilərinin atəş açması nəticəsində otuz bir fələstinli yaralanıb.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Livanın əl-Əhd xəbər portalı bildirib: Fələstinli gənclər və etirazçılar Qayıdış Haqqı yürüşünün beşinci cüməsində Qəzzə zolağının sərhəd bölgələrinə doğru hərəkət edərək, sionist rejimin Qəzzənin şimalında yerləşən Cibalyada quraşdırdığı metal torları qırıb və sionist rejimin işğalçılığı əleyhinə aksiya keçiriblər.

Qəzzə zolağı sakinləri bu yürüşdə bir daha sionist rejimin təcavüzkar siyasətlərinə etirazlarını bildirib və fələstinli didərginlərin qayıdış haqqını vurğulayıblar.

Bu yürüş ötən həftələrdəki kimi sionist rejim hərbçiləri tərəfindən repressiya olunub. İndiyədək sionist rejim hərbçilərinin gözyaşardıcı qaz və güllələrdən istifadə etməsi nəticəsində otuz bir fələstinli yaralanıb.

Qəzzədə Fələstin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, sionist rejim hərbçiləri Qəzzə zolağında fələstinlilərin Qayıdış Haqqı yürüşünün dördüncü cüməsində dörd fələstinli şəhid olub, 730 nəfər yaralanıb.

Qayıdış Haqqı yürüşləri başladıqdan bəri indiyədək 39 fələstinli şəhid olub, 4600 nəfər yaralanıb.

Teqlər